Allahın mərifətinin fəziləti

Usuli kafi kitabında imam Sadiqdən (əleyhissələm) nəql olunub:
Əgər insanlar Allah-Təalanın mərifətində olan fəzilətli bilsəydilər, dünya həyatının və onun səadətinin çiçəklərinə (gözəlliklərinə), Allahın düşmənlərinin hansı ləzzətlərə sahib olduğlarına göz dikməzdilər və onların dünyası onlar üçün tapdaladıqlarından (torpaqdan) daha kiçik olardı və onlar qüdrətli və əzəmətli olan Allahın mərifətindən həzz alıb ondan hələ də cənnət bağlarında Allahın övliyaları ilə olanların ləzzətini alardılar. Həqiqətən yenilməz qüvvət və əzəmətli Allahın mərifəti hər bir vəhşət üçün bir ünsdür, hər tənhalıq üçün yoldaşdır, hər zülmət üçün nurdur, hər zəiflik üçün gücdür, hər xəstəlik üçün şəfadır.

 

Əl-Kafi, cild 8, səhifə 247, hədis 347

Опубликовано
В рубрике General Отмечено